Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.
“Qafqazinfo”nun Report-a istinadən məlumatına görə, hadisə bu gün axşam saatlarında şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.
Belə ki, qəsəbə sakini, 1970-ci il təvəllüdlü Elşən Tapdıq oğlu Həsənov naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb və əməliyyata alınıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər