Gəncə şəhərində dörd nəfərin xəsarət alması ilə nıticələnən yol qəzası baş verib.
“Qafqazinfo” xəbər verir ki, şəhərin Ş.İ.Xətai prospektində qeydə alınan hadisə zamanı “VAZ 21010” markalı maşınla “Great Wall” markalı avtomobil toqquşub.
Qəzada 2007-ci il təvəllüdlü İsgəndər Yusifov, 2009-cu il təvəllüdlü Əli Bağırov, 1975-ci il təvəllüdlü Anar Musazadə və 2009-cu il təvəllüdlü Nərmin Musazadə xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağırdır.
Faktla bağlı araşdırma başlanılıb.
Yunis Quliyev



Son xəbərlər
Son Xəbərlər