Gəncədə Novruzla bağlı el şənliyi keçirilib - Fotolar

gencede-novruzla-bagli-el-senliyi-kecirilib
Oxunma sayı: 3029

Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin, F. Əmirov adına Gəncə Dövlət Filarmoniyasının, Gəncə Dövlət Kukla Teatrının və Gəncə Dövlət Dram Teatrının dəstəyi ilə ötən gün şəhərin Heydər Əliyev adına meydanında ümumşəhər Novruz bayramı tədbiri baş tutub.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, idarə, müəssisə və təşkilat rəhbərləri, rayon ictimaiyyəti iştirak edib.

Tədbir iştirakçılarını elimizin qədim adəti ilə əllərində şərbət olan milli geyimli qızlar qarşılayıb, daha sonra müdrik el ağsaqqalı Dədə Qorqud və Bahar qızı qonaqları salamlayaraq, onlara xeyir-dua verib, xoş arzularını bildirblər. Tədbirin davamında Gəncə şəhər Uşaq İncəsənət Məktəbinin “Xəmsə" nağaraçalanlar ansamblının, Gəncə şəhər Zərif Qayıbov adına 5 nömrəli Uşaq Musiqi Məktəbinin aşıq sinfinin şagirdlərinin, Göygöl rayon Mədəniyyət Mərkəzinin dərnək üzvlərinin çıxışları izlənilib. Daha sonra Gəncə pəhləvanlarının, həmçinin idmançıların güləş, taekvando, bədii gimnastika və digər idman növləri üzrə nümunəvi çıxışları nümayiş olunub.

Meydanda qurulan “Xəmsə çadırları”nda sərgilənən milli geyimlərimiz, "Gəncə səbəti", qədimi qab-qacaq, həmçinin kitab satış-sərgisi və “faceart” şəhər sakinlərinin marağına səbəb olub. Daha sonra bayram tonqalının alovlandırılması üçün meydana atlılar daxil olublar. Novruz tonqalını 2023-cü ilin  "Ən yaxşı çapar"ı adına layiq görülmüş Xəlil Allahverdiyev alovlandırıb.