Gəncə şəhərində orta məktəb şagirdləri arasında zəhərlənmə qeydə alınıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Mirzə Şəfi Vazeh adına 16 nömrəli tam orta məktəbin şagirdləri yedikləri dönərdən zəhərləniblər.
Belə ki, bir neçə şagird zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Dərhal onlara tibbi yardım edilib, vəziyyətlərinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
***
Dönərdən zəhərlənən məktəblilərin adları məlum olub.
Onlar 2015-ci il təvəllüdlü F. İsmayılov, 2015-ci il təvəllüdlü X. Tağıyeva, 2014-cü il təvəllüdlü Ə. Zeynalov, 2015-ci il təvəllüdlü N. Məmmədova, 2015-ci il təvəllüdlü A. Məmmədzadə, 2014-ci il təvəllüdlü T. Cəfərzadə, 2015-ci il təvəllüdlü H. Huseynli və 2015-ci il təvəllüdlü Ə. Mirzəyevdir.
***
Qida Təhlükəsizliyi Agentliyindən sorğumuza cavab olaraq bildirilib ki, hadisə ilə bağlı araşdırma aparılır: “Hadisənin səbəblərinin, həmçinin qida zəhərlənməsi olub-olmamasının müəyyənləşdirilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalara başlayıb. Məsələ nəzarətə götürülüb. Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək”.
***
Gəncə Şəhər Birləşmiş Xəstəxanasından sorğumuza cavab olaraq bildirilib ki, ötən gün saat 21:30 radələrindən başlayaraq 8 nəfər (5 kişi cinsli, 3 qadın cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.
Dəqiqləşdirilməmiş mənşəli qastroenteritlər və kolitlər diaqnozu təyin edilən pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.
Yunis Quliyev
Son xəbərlər
Son Xəbərlər