Gəncədə xəstə qadın intihara cəhd etdi

gencede-xeste-qadin-intihara-cehd-etdi
Oxunma sayı: 3501

Gəncə şəhərində intihara cəhd hadisəsi baş verib. 

"Qafqazinfo"nun verdiyi xəbərə görə, şəhər sakini, 1960-cı il təvəllüdlü  Rəcəbova Məxmər Əhməd qızı yaşadığı evdə həyatına qəsd etmək məqsədi ilə sirkə turşusu içib. O, şəhər Təcili tibbi yardım xəstəxanasına yerləşdirilib. Hazırda  ağır koma vəziyyətindədir. M.Rəcəbovanın ürək və sinir xəstəliyi nəticəsində keçirmiş olduğu psixoloji sarsıntı nəticəsində özünü öldürmək istədiyi bildirilir.

Murad Əhməd