Gəncədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Qafqazinfo" nun xəbərinə görə, hadisə şəhərin "Metallurq" stadionu yaxınlığında baş verib. Hərəkətdə olan "Mercedes" markalı minik avtomobilinin qəzaya uğraması nəticəsində sürücü Məhərrəmov Vüsal və sərnişin Bəhmənov Vüsal ağır xəsarət alaraq xəstəxanaya çatdırılsalar da, sürücünün öldüyü məlum olub.
Faktla bağlı araşdırma aparılır.
Elmar Əli
Son xəbərlər
Son Xəbərlər