Gəncədəki qanunsuz tikililər söküldü - Video

gencedeki-qanunsuz-tikililer-sokuldu
Oxunma sayı: 406

Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin Cavadxan qəsəbəsi ərazisində qanunsuz tikinti işlərinin aparılması faktları aşkarlanıb.

“Qafqazinfo” xəbər verir ki, müvafiq tədbirlərin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə (FHN) müraciət edilib.

Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Gəncə Şəhər İcra Hakimiyyəti və Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikililər sökülüb.