General-leytenant Etibar Mirzəyev avstriyalı qonaqları qəbul etdi - Fotolar

general-leytenant-etibar-mirzeyev-avstriyali-qonaqlari-qebul-etdi
Oxunma sayı: 2066

Fövqəladə Hallar  nazirinin müavini general-leytenant Etibar Mirzəyev Avstriya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin müavini Volfqanq Marxar, Avstriyanın ölkəmizə yeni akkreditə olunmuş polis attaşesi Cerald Riçard Hörmann, Avstriyanın Azərbaycana akkreditə olunmuş sabiq polis attaşesi Karlhaynz Qortano, Avstriyanın Gürcüstandakı Polis Attaşeliyinin əməkdaşı Tamar Gvenetadze ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, görüş zamanı Azərbaycan FHN ilə Avstriyanın aidiyyəti qurumları arasında əlaqələrin mövcud inkişafından razılıq bildirilib və əlaqələrin inkişafında hər iki tərəfin fəaliyyəti yüksək qiymətləndirilib. Eyni zamanda, ölkələrimiz arasında mövcud əməkdaşlığın bütün sahələrdə daha da genişləndirilməsi məqsədilə imkanlardan istifadə edilməsinin vacibliyi vurğulanıb.

Daha sonra “Azərbaycan Respublikası Hökuməti və Avstriya Respublikası Hökuməti arasında təbii fəlakətlər və ağır nəticəli qəzalar zamanı qarşılıqlı yardım haqqında Saziş”in imzalanması məsələsi, həmçinin avstriyalı mütəxəssislər tərəfindən FHN-nin alpinistlərinin hazırlanmasında müasir metodların tətbiqi, dağ şəraitində qar uçqunları altında qalmış zərərçəkmişlərin axtarış-xilasetmə əməliyyatlarının daha səmərəli təşkili məqsədilə keçirilmiş təlimlərin davamı olaraq cari ilin mart ayında Avstriyada təşkil olunacaq alpinizm kursları barədə müzakirələr aparılıb.

Görüşdə hər iki ölkənin müvafiq dövlət qurumları arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyi qeyd olunub, qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.