Generaldan Gürcüstan sərhədi ilə bağlı - Açıqlama

generaldan-gurcustan-serhedi-ile-bagli
Oxunma sayı: 4777

“Gürcüstan-Azərbaycan sərhədinin, guya, bağlanması ilə bağlı sosial şəbəkələrdə və bəzi media orqanlarında gedən məlumat həqiqəti əks etdirmir”. 

Bunu Qafqazinfo”ya açıqlamasında Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin rəisi, general-leytenant Abbas Xəlilov bildirib. 

Onun sözlərinə görə, həm Azərbaycan, həm də Gürcüstan tərəfindən müvafiq profilaktik tədbirlər tətbiq olunmaqla sərhəd-keçid məntəqələrinin fəaliyyəti təmin edilir:

Vətəndaşların, sərnişin avtobuslarının, fərdi nəqliyyat vasitələrinin və yük maşınlarının keçidində hər hansı məhdudiyyət yoxdur. Hər iki ölkənin müvafiq qurumları arasında məsələ ilə əlaqədar informasiya mübadiləsi həyata keçirilir”.