Getdiyi yas mərasimində bıçaqlandı

getdiyi-yas-merasiminde-bicaqlandi
Oxunma sayı: 5436

Kürdəmirdə bıçaqlanma hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, Masallı rayon sakini Tomarov Rais Əzizağa oğlu Kürdəmir rayonunda yas mərasimində iştirak edən zaman rayonun Xınıslı kənd sakini Azaylı Bilal Ayadxan oğlu tərəfindən bıçaqlanıb.

Dərhal hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, hadisəni törədən B.Azaylı saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Tural Hüseynli