Girov götürülən prokuror öldü- - Yenilənib

girov-goturulen-prokuror-oldu-
Oxunma sayı: 6201


“Qafqazinfo”nun ans press-ə istinadən məlumatına görə, “Gəzi Parkı” hadisələrini araşdıran prokuror Mehmet Səlim Kirazın azad olunması üçün polis xüsusi əməliyyat keçirib. Terrorçuları zərərsizləşdirən polisin xüsusi təyinatlılarının əməliyyatı zamanı prokurorun da yaralandığı deyilir. 

Əməliyyat zamanı 3 terrorçu öldürülüb.

Qeyd edək ki, İnqilabçı Xalq Qurtuluş Partiyası-Cəbhəsi (DHKP-C) adlandırılan terror təşkilatının üzvləri prokuroru iş otağında girov götürmüşdü.

Girov götürülmüş prokuror Səlim Kiraz ötən il martın 11-də Türkiyədə kütləvi etiraz aksiyaları zamanı qətlə yetirilmiş Berkin Əlvanın ölümü ilə bağlı işi aparıb.

***

İstanbulda girov götürülən prokuror xəstəxanada dünyasını dəyişib

Prokuror Mehmet Səlim Kirazın azad olunması üçün polisin xüsusi əməliyyatı zamanı yaralanmışdı. O, baş nahiyəsindən 3, bədən nahiyəsindən isə 2 güllə yarası almışdı.

Xəstəxanada əməliyyat edilən prokurorun həyatını xilas etmək mümkün olmayıb.