Goranboyda 7 nəfəri öldürənin ailəsində sensasion - - Olay+Yenilənib

goranboyda-7-neferi-oldurenin-ailesinde-sensasion-
Oxunma sayı: 6785


Goranboyda həyat yoldaşı da daxil olmaqla 7 nəfəri qətlə yetirən Rafiq Hüseynovun ailəsində daha bir dəhşətli hadisə baş verib. 

“Qafqazinfo” xəbər verir ki, Goranboyun Səfikürd kənd sakini Rafiq Hüseynovun qardaşı Afiq Hüseynov özünü asıb. Atası Müzəffər Hüseynov isə oğlunun intihar xəbərindən sonra ürəktutmadan vəfat edib.

Afiq Hüseynov intihardan əvvəl yaxınlarına məktub da yazıb. Məktubu onun üzərindən tapıblar.

Qeyd edək ki, bu il oktyabrın birində Rafiq Hüseynov həyat yoldaşı da daxil olmaqla 7 nəfəri qətlə yetirmişdi. Bu olay bütün ölkədə rezonans doğurmuşdu.

***

Anspress-in məlumatına görə, qətli törədən Rafiq Hüseynovun 1984-cü il təvəllüdlü qardaşı özünə qəsd edib. 

R.Hüseynovun 1941-ci il təvəllüdlü atası Müzaəffər Hüseynov isə oğlunun asılmış cəsədini görüb. Bundan sonra onun ürəyi partlayaraq ölüb. 

***

Baş Prokurorluq oktyabrın 1-də bir ailənin 7 üzvünü qumbara ilə partladaraq öldürən Goranboy rayon sakinin qardaşının intihar etməsi və atasının ölümü ilə bağlı açıqlama verib. 

Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov ans press-ə bildirib ki, qətli törədən Rafiq Hüseynovun qardaşı 1984-cü il təvəllüdlü Afiq Hüseynovun və onun atası Müzəffər Hüseynovun meyitləri ekspertizaya götürülüb.

İlkin ehtimala görə, A.Hüseynov intihar edib. Daha sonra oğlunun ölümü atası M.Hüseynova xəbər verilib. Hadisə yerinə gələn M.Hüseynov oğlunun intihar etdiyini görərək dünyasını dəyişib.