Dünən Goranboyda baş vermiş silahlı insident nəticəsində güllə yarası alan rayon sakini, 1999-cu il təvəllüdlü Əmrahov Lətif Xaliq oğlu dünyasını dəyişib.
"Qafqazinfo" Bakupost.az-a istinadən xəbər verir ki, həkimlərin cəhdlərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, mübahisə edən gəncləri sakitləşdirmək üçün onlara yaxınlaşan polis əməkdaşı Vüsal Kərimovla mühafizə polisi Səfər Həsənovu həmin şəxslər döyüblər. V.Kərimov havaya xəbərdarlıq atəşi açanda güllə Lətif Əmrahovun gözündən dəyib, daha sonra onun qardaşı Təbriz Əmrahov silahı polisdən alaraq V.Kərimovun başına qundağı ilə vuraraq xəsarət yetirib.
Son xəbərlər
Son Xəbərlər