Görmə məsafəsi məhdudlaşacaq

gorme-mesafesi-mehdudlasacaq
Oxunma sayı: 1565

Noyabrın 27-də bəzi avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, əsasən gecə və səhər dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarının bəzi hissələrində görmə məsafəsinin 300-800 metrədək məhdudlaşacağı ehtimal olunur.