Göygöldə avtomobillər toqquşdu - 4 nəfər xəsarət aldı

goygolde-avtomobiller-toqqusdu
Oxunma sayı: 1157

Göygöl rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, Gəncə-Göygöl avtomobil yolunda qeydə alınan hadisədə “VAZ21011” və “Mercedes” markalı maşın toqquşub.

Hadisə zamanı 4 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb və onlara ilkin tibbi yardım göstərilib. Xəsarət alan şəxslərin həyatı təhlükəsi yoxdur.

Faktla bağlı araşdırma başlanılıb.

Yunis Quliyev