Göygöldə əcnəbinin başına iş gəldi

goygolde-ecnebinin-basina-is-geldi
Oxunma sayı: 748

Göygöldə Türkmənistan vətəndaşı bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.

“Qafqazinfo”nun Report-a istinadən məlumatına görə, hadisə rayonun Üç Təpə kəndində baş verib.

Kəndə qonaq gələn 1952-ci il təvəllüdlü Cumaxoca Cabbarov qaldığı evdə hündürlükdən yıxılaraq ağır kəllə-beyin travması alıb. Yaralı yaxınlarının köməkliyi ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Tibbi yardım göstərildikdən sonra Reanimasiya şöbəsinə yerləşdirilən yaralının vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.