Gümrü şəhərinin sabiq meri Vardan Qukasyan barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha üç ay artırılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.
Bildirilib ki, Ermənistanın Antikorrupsiya Məhkəməsi hakim Levon Petrosyanın sədrliyi ilə keçirilən iclasda V. Qukasyanın həbs müddətinin uzadılması barədə qərar çıxarıb.
Xatırladaq ki, V. Qukasyan bu ilin oktyabrında korrupsiya ittihamları ilə bağlı həbs edilib.
Son xəbərlər
Son Xəbərlər