Gürcüstan Patriarxı II İliya vəfat etdi

gurcustan-patriarxi-ii-iliya-vefat-etdi
Oxunma sayı: 554

Bütün Gürcüstanın Katolikos-Patriarxı II İliya 93 yaşında Tbilisidə vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Gürcüstanın “Birinci Kanalı” məlumat yayıb.

Bildirilir ki, o, martın 17-nə keçən gecə mədə qanaması ilə xəstəxanaya yerləşdirilmişdi.

Qeyd edək ki, II İliya 1933-cü ildə anadan olub. Patriarx 1977-ci ildən Gürcü Pravoslav Kilsəsinə rəhbərlik edib. Onun rəhbərliyi ilə ölkədə yeparxiyaların sayı 42-yə, fəaliyyət göstərən kilsələrin sayı isə 48-dən təxminən 1000-ə yüksəlib. Həmçinin II İliya dövründə Tiflisdə Gürcüstanın ən böyük kilsəsi olan Müqəddəs Üçlük Patriarxal Katedrali tikilib.