Gürcüstan qaranlığa qərq oldu - Foto

gurcustan-qaranliga-qerq-oldu
Oxunma sayı: 928

Tbilisi və Gürcüstanın bir sıra bölgələrində elektrik enerjisinin verilişində fasilə yaranıb.

“Qafqazinfo” “Aktual.ge”yə istinadla xəbər verir ki, elektrik enerjisinin kəsilməsi ilə bağlı məlumatları sosial şəbəkədə Gürcüstanın müxtəlif bölgələrində yaşayan şəxslər yayıblar.

Məlumata görə, ölkə ərazisində yağan güclü yağış səbəbindən paytaxt Tbilisi və bir sıra bölgələrdə elektrik enerjisinin verilişində fasilə yaranması ehtimal olunur.

Qeyd olunub ki, Gürcüstanın Elektrik Sistemi məsələ ilə bağlı açıqlama verməyib.