Gürcüstan vətəndaşları seçkilərdə yalnız respublika ərazisində səs verə biləcəklər

gurcustan-vetendaslari-seckilerde-yalniz-respublika-erazisinde-ses-vere-bilecekler
Oxunma sayı: 209

Gürcüstan parlamenti çərşənbə günü üçüncü oxunuşda yeni seçki məcəlləsini qəbul edib. Ona əsasən, xaricdə olan ölkə vətəndaşlarının milli seçkilərdə səs verməsi qadağandır.

“Qafqazinfo” xəbər verir ki, səsvermə qanunverici orqanın internet saytında yayımlanıb.

Belə ki, məsələnin lehinə 79 deputat , əleyhinə 11 deputat səs verib.

Dəyişikliyə əsasən, xaricdə olan Gürcüstan vətəndaşları yalnız vətənə qayıdıb qeydiyyatda olduqları yerdə səs verməklə parlament seçkilərində iştirak edə biləcəklər. Referendum və plebissitlər də yalnız Gürcüstan ərazisində keçiriləcək.