Gürcüstanda yanğın 5 nəfərin həyatına son qoydu - 4-ü uşaqdır

gurcustanda-yangin-5-neferin-heyatina-son-qoydu
Oxunma sayı: 1154

Gürcüstanın İmereti şəhərində yaşayış evində güclü yanğın olub.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, yanğın nəticəsində 4-ü uşaq, 1-i qadın olmaqla 5 nəfər ölüb. Hadisə yerinə göndərilən yanğınsöndürənlər briqadası yanğını söndürdükdən sonra evdə 5 nəfərin cəsədini aşkarlayıb.

Onların eyni ailə üzvləri olduğu bildirilir. Faktla bağlı cinayət işi açılıb. Yanğının səbəbləri araşdırılır.