Gürcüstanın Baş naziri Azərbaycana gələcək

gurcustanin-bas-naziri-azerbaycana-gelecek
Oxunma sayı: 1291

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili sabah Azərbaycana rəsmi səfərə gələcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin mətbuat xidmətinin məlumatında deyilir. Bildirilir ki, Qaribaşvili Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək.

Gürcü Baş nazirin, eyni zamanda azərbaycanlı həmkarı Əli Əsədovla, Milli Məclisin sədri Sahibə Qafarova ilə də görüşü planlaşdırılıb.

Qaribaşvilini Azərbaycan səfərində Gürcüstanın xarici işlər naziri David Zalkaliani də müşayiət edəcək.