Gürcüstanın sabiq Müdafiə naziri ilə Tbilisinin keçmiş meri azadlığa buraxıldı

Gürcüstanın sabiq Müdafiə naziri ilə Tbilisinin keçmiş meri azadlığa buraxıldı
Oxunma sayı: 1561

Gürcüstan Prezidenti Salome Zurabişvili Tbilisinin keçmiş meri, müxalif “Avropa Gürcüstanı – azadlıq uğrunda hərəkat” partiyasının liderlərindən biri Giqi Uqulavanı və “Qalib Gürcüstan” partiyasının lideri, sabiq Müdafiə naziri İrakli Okruaşvilini əfv edib.

“Qafqazinfo” gürcü mediasına istinadən xəbər verir ki, bu barədə Zurabişvili brifinqdə bildirib:

“Mən Uqulava ilə Okruaşvilinin əfv olunması sərəncamını verdim. Qərarımı asanlıqla başa düşməyəcək ictimaiyyətə müraciət etmək istəyirəm. İmkan verə bilmərəm ki, iki cinayətkara görə vəziyyət kəskinləşsin, qütbləşmə təkrarlansın və beynəlxalq cəmiyyətin qəbul etdiyi razılaşma yerinə yetirilməsin”.

Xatırladaq ki, bu ilin fevralında həbs edilən Giqi Uqulava 3 il 2 ay, 22 iyun 2019-cu il aksiyalarında iğtişaşlara görə həbs edilən İrakli Okruaşvili isə 5 il müddətinə azadlıqdan məhrum edilmişdilər.

Qeyd edək ki, hazırda hər iki müxalif lider azadlığa buraxılıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi