Hacı Əliyev 4-cü dəfə Avropa çempionu oldu

haci-eliyev-4-cu-defe-avropa-cempionu-oldu
Oxunma sayı: 6823

Azərbaycan güləşçisi Hacı Əliyev Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında final görüşünə çıxıb.

“Qafqazinfo” xəbər verir ki, titullu idmançı həlledici qarşılaşmada Bolqarıstan idmançısı Ramazan Ramazanovla üz-üzə gəlib.

Hacı Əliyev bu qarşılaşmadan qalib ayrılıb. O, 4-cü dəfə qitənin ən güclüsü adına layiq görülüb.