Hakan Fidan bu gün HƏMAS nümayəndələri ilə görüşəcək

hakan-fidan-bu-gun-hemas-numayendeleri-ile-gorusecek
Oxunma sayı: 675

Türkiyənin xarici işlər naziri Hakan Fidan bu gün Qətərdə HƏMAS hərəkatının nümayəndələri ilə görüş keçirəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən “Hürriyet” qəzeti yayıb. 

Türkiyəli nazirin, həmçinin Qətərin rəsmi şəxsləri ilə görüşəcəyi də bildirilir.

Bununla yanaşı, Qəzza ilə bağlı 7 ölkədən ibarət təmas qrupunun işinin də bərpa ediləcəyi gözlənilir.