Hakan Şükürün atası xərçəng xəstəliyinə tutuldu

hakan-sukurun-atasi-xerceng-xesteliyine-tutuldu
Oxunma sayı: 645

Keçmiş futbolçu və millət vəkili Hakan Şükür sosial mediada atası Selmet Şükürün xərçəng xəstəliyinə tutulduğunu yazıb.

“Qafqazinfo” CNN Türk-ə istinadən xəbər verir ki, H.Şükür izləyicilərindən atası üçün dua etmələrini istəyib:

“Ağır şəkər xəstəsi olaraq girdiyi həbsxanada qolları qandallı çıxdı. İndi də xərçəng diaqnozu qoyuldu. Müalicəsinə başlanılacaq atam üçün dua edə bilərsinizmi?”

Qeyd edək ki, Selmet Şükür 15 iyul hadisələrindən sonra həbs edilmişdi. Daha sonra cəzası ev həbsi olaraq dəyişdirilib.