Hakerlər yeni üsullara əl atırlar

hakerler-yeni-usullara-el-atirlar
Oxunma sayı: 2627

Hakerlər kiberhücumların inkişafında böyük dil modellərindən istifadə etməyə başlayıblar. 

“Qafqazinfo” xəbər verir ki, “Microsoft” və “OpenAI” şirkətləri bildiriblər ki, haker qruplaşmaları mövcud kiberhücum üsullarının təkmilləşdirilməsində müxtəlif çat-botların əsaslarını təşkil edən böyük dil modellərindən (Large Language Model / LLM) istifadə etməyə başlayıblar.

“Kibercinayətkar qruplaşmaları, dövlət səviyyəsində təhlükə mənbəyinə çevrilmiş subyektlər və digər dələduzlar süni zəka texnologiyalarını araşdırır və test edirlər. Bu üsulla onlar sözügedən texnologiyaların öz əməliyyatları və yan keçməli olduqları təhlükəsizlik tədbirləri üçün potensial olaraq nə dərəcədə dəyərli olduqlarını qiymətləndirirlər” - “Microsoft”un sözçüsü vurğulayıb.