Hakim Hazal Kaya ilə bağlı qərar verdi - Foto

hakim-hazal-kaya-ile-bagli-qerar-verdi
Oxunma sayı: 4539

Türkiyənin məşhur aktrisası Hazal Kayanın məhkəmə prosesi yekunlaşıb.

“Qafqazinfo” “Posta”ya istinadən xəbər verir ki, hakim H. Kayanın bəraəti barədə qərar verib.

Belə ki, İpek Erin adlı qıza təcavüz etdiyi iddia edilən Türkiyənin keçmiş çavuşu Musa Orhan haqqında Hazal Kaya sosial şəbəkədə təhqiramiz sözlər işlətmişdi. Buna görə Musa Orhan aktrisanın 2 il 4 aya qədər həbs olunmasını istəyib.

Qeyd edək ki, Orhanın intihar edən İpek Erin adlı qıza təcavüz etdiyi iddia olunub. Lakin məhkəmə qərarı bəlli olmadan bir sıra məşhurlar onun barəsində xoş olmayan paylaşımlar edib. Orhan isə məhkəmə qərarı ilə sərbəst buraxılandan sonra həmin məşhurlardan şikayətçi olub. Bunlar sırasında türkiyəli aktrisalar Ezgi Mola və Farah Zeynep Abdullah da olub. Onlar tənqir üçün pul cəzası alıblar.