Harri ilə Meqana daha bir qadağa qoyuldu

harri-ile-meqana-daha-bir-qadaga-qoyuldu
Oxunma sayı: 1819

Sasseks hersoqu ilə hersoginyası Harri və Meqan bu ilin yazından etibarən “SussexRoyal” brendindən istifadə edə bilməyəcək.

“Qafqazinfo”nun “BBC News” telekanalına istinadən verdiyi xəbərə görə, cütlüyün nümayəndəsi qərarın marka adında kral sözünün olması ilə əlaqədar olduğunu bildirib. Belə ki, Harry və Meqandan kral imtiyazları alındıqdan sonra bu brenddən istifadə qanun pozuntusu hesab olunur.

Kanal, həmçinin “SussexRoyal”ın ticarət nişanı kimi qeydiyyata alınması üçün müraciətin geri alındığını açıqlayıb.

Şahzadə Harri və həyat yoldaşı Meqhan Markl aprelin 1-dən kral vəzifələrini icra etməyi dayandıracaq və kral titullarını daşımayacaq.

Xatırladaq ki, cütlük daha əvvəl öz pullarını qazanmaq, Böyük Britaniya və Şimali Amerikada yaşamaq istədiklərini bəyan ediblər.