“Hava limanı ilə yanaşı, infrastruktur da yaratdıq”

hava-limani-ile-yanasi-infrastruktur-da-yaratdiq
Oxunma sayı: 2534

“Biz bu ilin yanvarın 14-də təməlini qoyduğumuz Füzuli Beynəlxalq Hava Limanının tikintisinin əksər işlərini bitirmişik. Füzuli Beynəlxalq Hava Limanında uzunluğu 3 km və eni 60 m olan uçuş-enmə zolağı tikilib”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Füzuli Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlamasında AZVİRT şirkətinin direktotu Kamil Əliyev deyib.

O qeyd edib ki, ümumi işlərin 95 faizi tamamlanıb:

“İndi yekun işlər gedir. Tikinti zamanı ərazidə minalardan təmizlənmə işləri aparılırdı. Eyni zamanda, tikintinin aparılması üçün heç bit infrastruktur yox idi.

Biz infrastrukturu da yaratmışıq. Bizim üçün böyük şərəfdir ki, bu gün ilk sınaq reysini qəbul etmişik. Növbəti hədəflər isə Zəngilan və Laçın hava limanlarıdır”, - o əlavə edib.

Murad Əhməd