Hazırda İsrail... - Video

hazirda-israil
Oxunma sayı: 8756

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını və İsrailə 5000 raket atıldığını bildirib.

İlkin məlumata görə, hadisə nəticəsində 5 nəfər həlak olub, 100-dən çox insan isə yaralanıb. Bunun ardınca İsrail ordusu Qəzza zolağında “Dəmir qılınclar” adını verdiyi hərbi əməliyyata başlayıb.

“Qafqazinfo”nun İsrail mediasına istinadən məlumatına görə, İsrail ərazisinin atəşə tutulması nəticəsində bir neçə binada yanğın qeydə alınıb. Bununla yanaşı, küçələrdəki avtomobillər də yanıb. 

İsraildən ən son görüntüləri təqdim edirik: