ABŞ-da helikopter qəzaya uğrayıb.
“Qafqazinfo” “CBC News”a istinadən xəbər verir ki, insident Kaliforniya ştatında qeydə alınıb.
Məlumata əsasən, qəzaya uğrayana helikopter evin üzərinə düşüb. Qəza zamanı vertolyotun göyərtəsində 5 nəfər olub. Nəticədə onlardan 3-ü ölüb. Daha 2 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.