Rusiya Prezidenti Vladimir Putin Suriyanın keçid dövrü hökumətinin rəhbəri Əhməd əl-Şaraa ilə Moskvada keçirdiyi görüşdə Dəməşqin ölkənin ərazi bütövlüyünü bərpa etmək istiqamətindəki səylərini dəstəklədiyini bildirib.
“Qafqazinfo” xəbər verir ki, yanvarın 28-də baş tutan görüş zamanı Rusiya lideri suriyalı həmkarını bu yolda əldə olunan irəliləyişlər münasibətilə təbrik edib.
Putin vurğulayıb ki, Rusiya Federasiyası hər zaman Suriyanın suverenliyi və ərazi bütövlüyünün tərəfdarı olub və bu prosesin hazırda qazandığı sürəti yaxından izləyir.
Qeyd edək ki, Əhməd əl-Şaraanın rəhbərlik etdiyi nümayəndə heyətini paytaxtın “Vnukovo” hava limanında Rusiyanın xarici işlər nazirinin müavini Sergey Verşinin qarşılayıb. Kreml tərəfindən verilən məlumata görə, danışıqlar zamanı tərəflər təkcə ikitərəfli əlaqələri deyil, həm də Yaxın Şərqdəki mövcud gərginlik fonunda təhlükəsizlik məsələlərini müzakirə ediblər.
Son xəbərlər
Son Xəbərlər