Həmin təyyarənin “qara qutu”su bu ölkədə təhlil ediləcək

hemin-teyyarenin-qara-qutusu-bu-olkede-tehlil-edilecek
Oxunma sayı: 1067

Böyük Britaniya Liviyanın Baş Qərargah rəisi general Məhəmməd Əli Əl-Həddadı daşıyan və Türkiyədə qəzaya düşən təyyarənin “qara qutu”sunun təhlilini həyata keçirməyə razılıq verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Asharq Al-Awsat” portalı yayıb.

Ölkənin nəqliyyat naziri Məhəmməd əl-Şahubinin sözlərinə görə, Liviya məsələni Britaniya ilə birbaşa qaydada koordinasiya edib.

Xatırladaq ki, Liviya hərbi nümayəndə heyətini daşıyan “Falcon 50” təyyarəsi dekabrın 23-ü Türkiyədə qəzaya uğrayıb. Hadisə nəticəsində general Məhəmməd Əli Əl-Həddad və 4 köməkçisi həlak olub. Türkiyə tərəfi qəzaya səbəbin texniki nasazlıq olduğunu bildirib.