Hərbçi qardaşlar qəzaya düşdü, biri öldü

herbci-qardaslar-qezaya-dusdu-biri-oldu
Oxunma sayı: 3658

Şəki rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, yanvarın 12-də saat 16 radələrində Şəki rayonunun Daşüz kəndi ərazisində Qax rayon sakini Rəvan Məcidov idarə etdiyi “Mercedes” markalı avtomobili körpüdən dərəyə aşırıb. Nəticədə sərnişini olan qardaşı Kənan hadisə yerində vəfat edib, özü və digər 4 sərnişini müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

Kənan və Rəvan qardaşları Qax rayon sakinləridir. Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

İlkin məlumata görə, qəzaya düşən qardaşlar hərbçi olublar.