Hərbi işlər azalıb, cinayət və iqtisadi işlər artıb

herbi-isler-azalib-cinayet-ve-iqtisadi-isler-artib
Oxunma sayı: 911

Bu gün Ali Məhkəmənin növbəti Plenumunda qurumun fəaliyyətinə dair statistik məlumatlar açıqlanıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Ali Məhkəmənin mülki və hərbi kollegiyalarında 2019-cu ildə baxılmış işlər 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə azalıb, cinayət və inzibati-iqtisadi kollegiyalarda isə artıb. Mülki kollegiyada 5,6 faiz, hərbi kollegiyada isə 10,8 faiz azalma, cinayət kollegiyasında 8, inzibati-iqtisadi kollegiyada 46,4 faiz artma müşahidə olunub. Ümumiyyətlə, Ali Məhkəməyə daxil olmuş işlərin sayı 4,4 faiz artıb. Ali Məhkəmənin Plenumunun 2019-ci ildə 6 iclası keçirilərək 21 qərar qəbul olunub, işlərə baxılarkən aşkar edilmiş nöqsanlar barədə 38 xüsusi qərar çıxarılıb.

Ali Məhkəməyə edilən müraciətlərdə ötən illə müqayisədə 26,8 faiz artma müşahidə olunub.