Hərbi Prokurorluq Qazaxda DSX ilə birgə tədbir keçirdi - Fotolar

herbi-prokurorluq-qazaxda-dsx-ile-birge-tedbir-kecirdi
Oxunma sayı: 2845

Respublika Hərbi Prokurorluğu Qazaxda rayon rəhbərliyi və Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçuları ilə birgə tədbir keçirib.

“Qafqazinfo” xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsini və şəhidlər guşəsini ziyarət edib. Dövlət Himni səsləndirildikdən sonra Baş prokuror Kamran Əliyevin və Hərbi prokuror Xanlar Vəliyevin salamları şəxsi heyətə və tədbir iştirakçılarına çatdırılıb.

Tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, DSX-nin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının komandiri, general-mayor Misir Əliyev, Hərbi Prokurorluğun Hərbi Prokurorluqlarda istintaqa nəzarət şöbəsinin rəisi, ədliyyə polkovniki Hümmət Məmmədov, Hərbi prokurorunun böyük köməkçisi, mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev, Qazax rayon prokuroru, baş ədliyyə müşaviri Rauf Gözəlov, Şəmkir hərbi prokuroru, ədliyyə polkovnik-leytenantı İlham Babayev və digərləri çıxış edərək müstəqillik yolumuzu və firavan istiqbalımızı nurlandıran, xalqını zamanın sərt sınaqlarından yüksək məharətlə çıxararaq, hər bir çətin vəziyyətdən ən düzgün çıxış yolu tapan nəhəng tarixi şəxsiyyət Heydər Əliyevin şərəfli və mənalı ömründən, çoxşaxəli və zəngin fəaliyyətindən, dövlətimizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində misilsiz xidmətlərindən və dünya siyasətinə verdiyi töhfələrdən bəhs ediblər.

Sonda hərbi qulluqçular qarşısında hüquqi maarifləndirici məzmunlu çıxışlar olunub, onları maraqlandıran suallar cavablandırılıb, eləcə də hərbçilərin qayğı və problemləri barədə məlumat verilib.