Hərbi Prokurorluqda Heydər Əliyevin anım mərasimi keçirildi

herbi-prokurorluqda-heyder-eliyevin-anim-merasimi-kecirildi
Oxunma sayı: 1287

Dekabrın 11-də Hərbi Prokurorluqda müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə bağlı anım mərasimi keçirilib.

"Qafqazinfo"ya daxil olan məlumata görə, tədbir iştirakçıları əvvəlcə Hərbi Prokurorluğun inzibati binasında yaradılan “Heydər Əliyev guşəsi”ndə ulu öndər Heydər Əliyevin büstü önünə əklil və gül dəstələri qoyub, dünya şöhrətli siyasətçi-böyük şəxsiyyətin əziz və unudulmaz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Mərasimdə Baş prokurorun müavini, Hərbi prokuror Xanlar Vəliyev çıxış edib. Qeyd edib ki, şərəfli və mənalı ömür yolunun 34 ilini ölkəmizin rəhbəri kimi dövlətimizin tərəqqisinə və xalqımızın rifahına həsr edən ümummilli lider Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi əsaslarını yaratmaqla, xalqı əsl müstəqilliyə qovuşduraraq hafizələrdə əbədiyaşarlıq qazanıb. X.Vəliyev bildirib ki, Azərbaycanın gələcəkdə dövlət müstəqilliyinin elan edilməsi üçün real əsaslar, yeni suveren bir ölkə kimi qarşılaşa biləcəyi mühüm məsələlərin həlli üsulları hələ ulu öndərin sovet hakimiyyəti illərində respublikamıza birinci rəhbərliyi dövründə formalaşdırılıb. 

Bugünkü müstəqilliyimizin əldə olunması məhz həmin dövrdə ümummilli lider Heydər Əliyevin Azərbaycanın sosial, iqtisadi, siyasi və mədəni yüksəlişi üçün həyata keçirdiyi tədbirlər, milli şüurun oyanması istiqamətində istər açıq, istərsə də gizli şəraitdə gördüyü əhəmiyyətli işlər nəticəsində mümkün olub. Azərbaycanın müstəqilliyinin davamlılığı və suveren siyasət həyata keçirməsi, böyük insan Heydər Əliyev tərəfindən möhkəm təməl üzərində qurulan və uğurla davam etdirilən dövlətçilik ənənələrinin sayəsində təmin edilib.