Həsrətin yarımfinaldakı rəqibi də azərbaycanlıdır

hesretin-yarimfinaldaki-reqibi-de-azerbaycanlidir
Oxunma sayı: 9225

Paris-2024 Yay Olimpiya Oyunlarında yarımfinala yüksələn Azərbaycan güləşçisi Həsrət Cəfərovun rəqibi məlum olub.

“Qafqazinfo” xəbər verir ki, idmançımız bu mərhələdə Ukraynanı təmsil edən azərbaycanəsilli güləşçi Pərviz Nəsibovla üz-üzə gələcək.

P.Nəsibov 1/4 finalda qırğızıstanlı Amantur İsmayılova qalib gələrək yarımfinala yüksəlib.

Qeyd edək ki, Pərviz Nəsibov Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısıdır.