“Heydər Əliyev Mərkəzində mükəmməl yanğınsöndürmə sistemi mövcuddur”

heyder-eliyev-merkezinde-mukemmel-yanginsondurme-sistemi-movcuddur
Oxunma sayı: 713

Trend-in məlumatına görə, bunu jurnalistlərə Mərkəzin direktoru Anar Ələkbərov deyib.

"Yanğın Heydər Əliyev Mərkəzinin muzey hissəsinin dam örtüyündə baş verib. Muzeyin daxilinə heç bir ziyan dəyməyib. Biz fəaliyyətimizi normal qaydada davam etdiririk", - Ələkbərov bildirib.

Onun sözlərinə görə, binada mükəmməl yanğınsöndürmə sistemi mövcuddur. Hazırda burada tikinti şirkəti işləri davam etdirir və tamamlama işləri yekunlaşdırılır. Buna görə də, təhlükəsizlik sistemi hələ tam təhvil verilməyib.

İlkin ehtimala görə, yanğın orada qaynaq işlərinin aparılması səbəbindən baş verib.