Hindistanda körpü çökdü, ölənlər var - Video - Fotolar

hindistanda-korpu-cokdu-olenler-var
Oxunma sayı: 1553

Bu gün səhər saatlarında Hindistanda Anand və Vadodara rayonlarını birləşdirən Qambhira-Mucpur körpüsü qəfil çöküb.

“Qafqazinfo” NDTV-yə istinadən xəbər verir ki, hadisə zamanı 9 nəfər ölüb, 3 nəfər isə yaralanıb.

Xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib.

Körpünün çökməsi nəticəsində 4 avtomobil Mahisaqar çayına düşüb.

Hadisənin təkrar yaşanmaması üçün ərazi gediş-gəlişə bağlanıb. Körpünün çökməsi səbəbi ilə bağlı araşdırma başlanılıb.

Fatimə Şahverdiyeva