“Hizbullah” üç İsrail hərbi məntəqəsinə hücum edib

hizbullah-uc-israil-herbi-menteqesine-hucum-edib
Oxunma sayı: 1287

Livandakı “Hizbullah” hərəkatı sərhəddəki üç İsrail hərbi məntəqəsinə hücum edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Hizbullah” yazılı açıqlama verib.

Açıqlamada İsrailin sərhəddə yerləşən Tayhat, Merc və Ramim hərbi məntəqələrinə idarə olunan raketlər və müvafiq silahlarla hücumların təşkil edildiyi bildirilib.

Qeyd edək ki, oktyabrın 8-dən İsrail ordusu ilə “Hizbullah” arasında gedən qarşıdurmalarda 76 “Hizbullah” üzvü və 6 İsrail əsgəri həlak olub.