Hollivud ulduzu ağır qəzaya düşdü - Video

Hollivud ulduzu ağır qəzaya düşdü
Oxunma sayı: 883

Məşhur amerikalı aktrisa Helen Hant Los-Ancelesdə (Kaliforniya ştatı) avtomobil qəzasına düşüb. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “TMZ” xəbər verib.

Hollivud ulduzu yol qovşağında çevrilən avtomobilin sərnişin oturacağında olub. Hadisə yerinə yetişən həkimlər aktrisanı xəstəxanaya yerləşdirib. Hazırda o, Beverli-Hilz müalicə müəssəsindədir.  

Yol-nəqliyyat hadisəsinin digər iştirakçılarının vəziyyəti haqda məlumat yoxdur. Amerikalı aktrisanın xəsarət aldığı qəzanın səbəbi hələ məlum deyil.

Qeyd edək ki, Helen Hant 1953-cü il iyunun 16-da ABŞ-da anadan olub. O, “Oskar” və “Qızıl qlobus” mükafatlarının sahibidir.  



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi