Hörmüzə mina yerləşdiriləcəyi barədə iddialara cavab verdi

hormuze-mina-yerlesdirileceyi-barede-iddialara-cavab-verdi
Oxunma sayı: 866

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazında mina olmadığını bəyan edib.

“Qafqazinfo” xəbər verir ki, o bu barədə “MS NOW” telekanalında açıqlama verib.

Ağ Ev rəhbəri müxbirin Hörmüz boğazında minaların olub-olmaması ilə bağlı sualını cavablandırarkən deyib: “Biz belə düşünmürük”.

Qeyd edək ki, ötən gün ABŞ kəşfiyyat agentlərinin İranın Hörmüz boğazı gəmi kanalında minaların yerləşdirilməsi üçün addımlar atdığına dair məlumat almağa başladıqları haqda məlumat yayılmışdı.