Rusiyadan Misirə 51.300 ton taxıl aparan Panama bayraqlı “Nota App” yük gəmisinin saya oturması səbəbindən Dardanel boğazında hərəkət dayandırılıb.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, gəminin yenidən suya qaytarılması üçün başladılan xilasetmə əməliyyatının təhlükəsizliyini təmin etmək məqsədilə boğaz hər iki istiqamətdə naviqasiya üçün bağlanıb.
Hadisə yerinə dərhal xilasetmə yedəkləri və dalğıclar cəlb olunub. Gəmi su altında yoxlanıldıqdan sonra onun xilas edilməsi prosesinə başlanılacaq. Boğazdan keçməli olan bütün gəmilər yaranmış vəziyyət barədə məlumatlandırılıb.
Son xəbərlər
Son Xəbərlər