Töhmət alan məktəb direktoru işdən çıxarıldı

tohmet-alan-mekteb-direktoru-isden-cixarildi
Oxunma sayı: 1529

Gəncə şəhər 20 nömrəli orta məktəbin direktoru Mehriban Mahmudova tutduğu vəzifədən azad olunub. 

“Qafqazinfo” xəbər verir ki, Mehriban Mahmudovanın direktor kimi Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi ilə əmək müqaviləsi bitib.

O, direktor işlədiyi müddətdə töhmət aldığı üçün müqavilə yenilənməyib. 

Direktor vəzifəsinin müvəqqəti icrası isə müavinə həvalə edilib.