Hulusi Akarın Azərbaycana səfəri başa çatdı - Fotolar+Video

Hulusi Akarın Azərbaycana səfəri başa çatdı
Oxunma sayı: 1732

Bu gün Türkiyə milli müdafiə naziri Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri başa çatıb.

Müdafiə Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, Türkiyə Baş Qərargah rəisi və qüvvə komandanlarının da iştirak etdiyi səfər çərçivəsində nümayəndə heyəti bir neçə hərbi hissədə olub.

Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Türkiyə milli müdafiə naziri Hulusi Akar silahlanmada olan hərbi texnika, eləcə də, tədris sinifləri və digər hərbi obyektlərdə yaradılan şəraitlə tanış olublar. Hərbi qulluqçularla görüşən hər iki ölkənin hərbi rəhbərləri onlara gələcək xidmətlərində uğurlar arzulayıblar.

Azərbaycanın müdafiə naziri qonaqları Heydər Əliyev Beynəlxalq Aeroportundan yola salıb.