“Hyundai” yük maşınına çırpıldı, 4 nəfər xəsarət aldı - Video - Yenilənib

hyundai-yuk-masinina-cirpildi-4-nefer-xesaret-aldi
Oxunma sayı: 533

Paytaxtın Binəqədi rayonu, Binəqədi şossesində yol-nəqliyyat qəzası baş verib və vətəndaş avtomobildə sıxılı vəziyyətdə qalıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Hyundai” markalı minik avtomobilinin yol kənarında park edilmiş yük avtomobilinə çırpılması nəticəsində yol-qəza hadisəsi baş verib və minik avtomobilinin sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alaraq deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə vətəndaş, 1963-cü il təvəllüdlü Əliyeva Böyükxanım Böyükağa qızını xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

***

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən sorğumuza cavab olaraq bildirilib ki, bu gün saat 03:00 radələrində mərkəzə Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi ərazisindən çağırış qeydə alınıb.

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. 

Təcili tibbi yardım briqadası tərəfindən 4 nəfər (3-ü qadın, 1-i kişi) müştərək travma diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

***

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzin və Kliniki Tibbi Mərkəzidən bildirilib ki, zəruri tibbi xidmətlər göstərilən pasiyentlərdən 3-nün vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıblar.

Hazırda 1 nəfərin müalicəsi Neyrocərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir.