İçərişəhərdə 4 mərtəbəli yaşayış binasında yanğın - Fotolar

iceriseherde-4-mertebeli-yasayis-binasinda-yangin-fotolar
Oxunma sayı: 6593

İçərişəhərdə 4 mərtəbəli yaşayış binası yanır.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, yanğın təxminən 1 saat öncə başlayıb.

Vəli Məmmədov küçəsində yerləşən binanın dam örtüyü alovlanıb. Sakinlər təxliyyə edilib.

Hadisə yerinə 10 yanğınsöndürən maşın cəlb edilib.

Hazırda yanğının söndürülməsi üçün işlər davam etdirilir.

Murad Əhməd 

***

Səhər saatlarında “Azneft”meydanı tərəfdə yaşayış binasında baş verən yanğın lokallaşdırılıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətində İdarəetmə Mərkəzinin məlumatında deyilir.

Məlumata görə, yanğın yaşayış binasının damında başlayıb.

Hadisə ilə bağlı bina sakinlərinin təxliyyə edilmədiyi və yanğın nəticəsində xəsarət alanların olmadığı bildirilir.