İçərişəhərdə Novruz şənlikləri ləğv olundu

iceriseherde-novruz-senlikleri-legv-olundu
Oxunma sayı: 1199

İçərişəhərdə keçirilən ənənəvi Novruz tədbirləri ləğv edilib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə “İçərişəhər” DTMQİ mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, COVİD-19 (koronavirus) virusuna qarşı ölkədə aparılan müvafiq profilaktik tədbirlərin gücləndirilməsi çərçivəsində Nazirlər Kabineti yanında operativ qərargahın 10 mart 2020-ci il tarixli məlumatı və tövsiyələrinə əsasən İçərişəhərdə 19-29 mart tarixlərində planlaşdırılan ənənəvi Novruz tədbirləri ləğv edilib.